Bank of Baku-da problemli kreditlərin restrukturizasiyası davam edir!

Bank of Baku-da problemli kreditlərin restrukturizasiyası davam  edir!
 
Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab
İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə
bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, 15.05.2019-cu il tarixindən
etibarən problemli kreditlərin restrukturizasiyası prosesinə başlayıb.
Qeyd olunan tarixdən bu günədək Bank of Baku-da 25.000 nəfərdən çox müştərinin
vaxtı keçmiş kredit borcları üzrə ümumilikdə 57 mln. manatdan çox vəsait restrukturizasiya
edilmişdir. Bu restrukturizasiya portfelinin məbləğ üzrə təqribən 50%-nin, müştəri sayı üzrə
təqribən 38%-nin icra edilməsi deməkdir.
Restrukturizasiya prosesi zamanı 01.01.2012 – 28.02.2019-cu il tarixləri ərzində kredit əldə
etmiş və 01.03.2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000
AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslər güzəştli şərtlərdən
yararlanıblar.
Belə ki, restrukturizasiya zamanı müştərilərin kredit müqavilələri illik 1%-lə, 5 il müddətinə
və KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir. Yeni müqavilə şərtlərinə əsasən,
müştərilər ilk 12 ayın ödənişlərindən azad olunaraq sadəcə faiz borcunu ödəyə bilərlər.
Hal-hazırda "Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı müştərilərinin
xidmətindədir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış
Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı sizi maraqlandıran suallara Bankın
145 Məlumat Mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.

OXŞAR XƏBƏRLƏR