Varlılar uşaqlarına hansı adları qoyurlar? - SİYAHI

Varlılar uşaqlarına hansı adları qoyurlar? - SİYAHI
Bahalı uşaq geyimləri mağazası "HushHush" bir uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

Sfera.az bildirir ki, siyahıya varlılar arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. 

Siyahını tərtib etmək üçün təşkilatçılar mağazada qeydiyyatda olan müştərilərin və "Sunday Times" qəzetinin İngiltərədəki ən varlı 1000 nəfər haqqında yazılan məlumatlardan istifadə ediblər.

Məlum olub ki, varlılar ən çox oğlan övladlarına - John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim adlarını qoyurlar.

Qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adları çoxluq təşkil edir. 

Mağazanın qurucusu Aaron Harpin isə "Valideynlər həmişə uşağına ən yaxşısını vermək istəyir və var-dövlət yaxşı gələcəyi təmin edən amillərdən biridir. Ümid edirik ki, bu siyahı ailələrə uşaqlarına daha yaxşı bir həyat verməyə kömək edəcək", - qeydini edib. (ölkə.az)

OXŞAR XƏBƏRLƏR