Mütəxəssislərdən xəbərdarlıq - "Uşaqlarınızı QIDIQLAMAYIN"

Mütəxəssislərdən xəbərdarlıq -

Aparılan araşdırmalara görə, valideynlərin 32 faizi körpələrini qıdıqlamaqdan zövq alır. Bir çoxumuz bunun bir zərəri olmadığını düşündüyümüz üçün uşaqları əzizləyərkən onları qıdıqlayırıq.

Sfera.az moderator.az-a istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırma zamanı qıdıqlamağın uşaqların sağlamlığı üçün ciddi təhlükə olduğu ortaya çıxıb.

Mütəxəssislər uşaqların qıdıqlanan zaman nəfəs ala bilmədiklərini, bu zaman isə qusma və şüur itkisi kimi fizioloji reaksiyaların ortaya çıxdığını açıqlayıb.
Elm adamlarına görə, birini qıdıqlamaq əslində "böyük zehni ağrıya" səbəb ola bilər. Bəzən isə bu hal bir ömür boyu güvən probleminə səbəb ola bilər.

OXŞAR XƏBƏRLƏR