Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...