Azərbaycan nefti ucuzlaşıb
11:33 / 18.09.2019
1012
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,4 ABŞ dolları və yaxud 3,38% azalıb.
Sfera.az bildirir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,70 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.