Xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olur (VİDEO)

Xeyriyyəçinin xəstəxanaya çevrilmiş evi məhv olur (VİDEO)
 
Tanınmış xeyriyyəçi Balabəy Tağızadənin XIX əsrə aid olan, tarixi abidə sayılan evi bərbad vəziyyətdədir.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Bərdənin Həsənqaya kəndində yerləşən, xüsusi görünüşü ilə seçilən 30 otaqdan ibarət olan abidə çürüyərək sıradan çıxıb.

Dövlət əhəmiyyətli memarlıq abidəsi 9 saylı inventar kimi rayon mədəniyyət şöbəsi tərəfindən qeydiyyata götürülüb. Lakin abidənin eyvan, döşəmə, qapı və pəncərələri baxımsızlıqdan çürüyərək sıradan çıxıb. İkinci mərtəbənin tavanı isə yağış sularının sızması nəticəsində yararsız hala düşüb. 

Bundan başqa, binanın arxa divarlarında bəzi çatlar da yaranıb. 

Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov bildirir ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi abidəyə mütəmadi nəzarət edir. Tarixi binanın restavrasiya edilməsi ilə bağlı nazirliyə də müraciət olunub.

Bina hazırda kənd xəstəxanası kimi fəaliyyət göstərir. 

Qeyd edək ki, abidənin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, evin istilik, kanalizasiya sistemi və su xətti hələ də işlək vəziyyətdədir.



OXŞAR XƏBƏRLƏR

MDB-də ən yüksək pensiya yaşı Azərbaycandadır - BAİ

MDB ölkələri arasında ən yüksək pensiya yaşı Azərbaycandadır.  Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Bakı Araşdırmalar İnstitutu (BAİ) açıql...

Baş prokuror Çinə SƏFƏR ETDİ - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Ç...

İlk süni intellekt gözəllik yarışması KEÇİRİLƏCƏK -  5000 dollar mükafat və...

Dünyanın ilk süni intellekt gözəllik yarışması keçiriləcək.   Sfera.az bildirir ki, “World Artificial Intelligence Creators Awards” (WAI...

İran bu şərtlə ABŞ bazalarını vurmayacağına təminat verib - Abdullahiyan AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün Nyu Yorka gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiy...

"İctimai qınaqla problemlərin həll olduğuna inanmıram" - Emin Əmrullayev

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstərdik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın ...

Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin önəmindən BƏHS ETDİ

"Arzumuz budur ki, bütün məktəblərdə məktəblinin dostları olsun".   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu g...