18 il əvvəl evlənmiş qeyri-adi cütlük – Onlar indi necə yaşayır? - FOTO

18 il əvvəl evlənmiş qeyri-adi cütlük – Onlar indi necə yaşayır? - FOTO
Düz 18 il öncə 17 yaşlı Cey Barhem və 51 yaşlı Linda Barhem ailə həyatı qurdular. Cey sürücülük vəsiqəsi almaq üçün üz tutduğu məktəbdə öz müəlliminə aşiq oldu və onunla evləndi.

Sfera.az Bizimyol.info-ya istinadla xəbər verir ki, onların evlənməsi medianın gündəmini zəbt etdi, sosial şəbəkələrdə uzun-uzadı müzakirə olundu, hər kəs bu coşğun hisslərin çox tezliklə ötüb keçəcəyindən yazd. Aralarında düz 34 yaş fərq olan qadın və kişinin münasibəti hamıda şübhə oyandırmışdı.

Lakin, 18 il keçməsinə baxmayaraq onlar hələ də birlikdədirlər və Cey Lindaya əvvəlki kimi aşiq olduğunu söyləyir. Onların 18 il sonra birgə həyatını əks etdirən fotoşəkillər sosial şəbəkələrdə maraqla qarşılanıb.

"Yaş uzunmüddətli nikaha mane olmur.18 il keçib, mən hələ də Lindaya aşiqəm. Buna görə də qorxmadan sevin, ətrafdakıların nə deməsinə yox, ürəyinizin səsinə qulaq asın",- deyə Cey bildirib.
 


OXŞAR XƏBƏRLƏR