Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər

Bakı metropoliteninin "Qara Qarayev” və "Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, "Yeni Sabah"a daxil olan məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilmişdi. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.

Rusiyanın "Ventprom” maşınqayırma zavodunun istehsal etdiyi, elektrik mühərrikinin gücü 75 kVt, məhsuldarlığı 60-65 m3/san. olan "VOM 24R” tipli güclü ventilyatorlar bu stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edəcək.

Yeni ventilyatorların quraşdırılması məqsədilə, əvvəlcə köhnə avadanlıq sökülərək, şaxtalarda müvafiq təmir işləri aparılıb, yeni qurğunun özülü hazırlanıb. Daha sonra yeni ventilyatorların quraşdırılması, sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetirilib.

Onu da əlavə edək ki, hazırda metropolitendə kabel şəbəkəsinin fiberoptik kabellər hesabına yeniləndirilməsi üzrə geniş miqyaslı işlər aparılır. Ventilyasiya sahəsində də optik kabellərin tətbiqi informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsinə, mərkəzləşmiş idarəetmənin yüksək səviyyədə təşkilinə imkan yaradır.

İstehsalçı ilə bağlanmış müqaviləyə görə, ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb və zavod şəraitində sifarişçi tərəfin iştirakı ilə sınaqdan keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin "Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. 

Yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətli məsələdir. "Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına görə, istehsalçı müəssisə ventilyatorun idarəetmə sistemlərini "Siemens” və "Schneider” şirkətlərinin avadanlıqları üzərində qurub. Həmçinin releləri, avtomat açarları və digər cihazları normal hərarət rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.

Tezlik çeviricisi ilə təmin olunmuş idarəetmə şkafları Ezernet tipli rabitə vasitəsi ilə dispetçer məntəqəsinə qoşulur. Optik kabellərlə yerinə yetirilən belə qoşulmanın bir çox üstünlükləri var. Əvvəlkindən fərqli olaraq bu sistem idarəetmə funksiyalarını xeyli genişləndirib. Belə ki, Ezernet xətti vasitəsilə ventilyatorun cərəyan tezliyini 0-dan 50 hersədək dəyişməklə hərəkət sürətini nizamlamaq, istənilən sürətdə ventilyatorun iş rejimini dəyişmək, effektliyini artırmaq üçün hava-klapanlarını idarə etmək, şiber mexanizminin vəziyyətinə, vurulan havanın təzyiqinə, miqdarına, ventilyatorun vibrasiya dərəcəsinə nəzarət etmək mümkündür. 

Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir. Səs-küyün normadan aşağı olmasına baxmayaraq, sentyabr ayında şaxtalarda müasir səsboğucuların, stansiya və yaxın tunellərdə təbii havalandırmanı təmin edən sistem və qurğuların quraşdırılmasına başlanılacaq.

Bu il alınmış 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb. Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.

 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...