Bakıda yaşayış binasında yanğın
10:47 / 10.07.2019
2673
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.