İlham Əliyevdən yeni təyinatlar
16:52 / 28.06.2019
3076
Prezident İlham Əliyev dövlət qurumlarında yeni təyinatlar həyata keçirib.
Sfera.az xəbər verir ki, sərəncamla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyev qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatov isə sədr müavini vəzifələrinə təyin edilib.
Report