Uşaqlıq şəklində arxa plandakı qızla evləndiyini 20 il sonra öyrəndi - FOTO
01:32 / 20.06.2019
7191
Nik Uiler və Eymi Meyden adlı cütlük toyqabağı ailə fotolarına baxarkən gözlərinə inanmayıblar.
Eymi evlərində olan şəklin eynisini Nikdə görüncə şoka düşüb. Belə ki, 1994-cü ildə çəkilmiş fotoda təsadüfən Niklə Eymi eyni kadra düşüblər.
Çimərlikdə lentə alınan şəkildə ön planda olan N.Uiler arxa planda qumluqda oynayan qızın gələcək həyat yoldaşı olacağını heç ağlına belə gətirməzdi.