Sabahın havası

Sabahın havası

İyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. Sfera.az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavir...

"Gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa..." — Böyükşordan gələn pis qoxu ilə bağlı AÇIQLAMA

"Dünən paytatxın bir sıra rayonlarında kəskin, xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operati...

Deputat: “Ordumuz sözünü deyəndə Ermənistanın haray-həşiri nəticə verməyəcək”

"Ermənistan hər vəchlə sülh danışıqlarını pozmağa və işğal siyasətini möhkəmləndirməyə çalışır. İstər Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında...

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

 Azərbaycanın milli aviadaşıyıcısı gələn həftədən etibarən Bakı və İstanbul arasında yerinə yetirilən aviareyslərin tezliyini artıracaq. Bu barədə Sf...

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Azərbaycanda koronavirusla bağlı 6 iyul 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bö...

“Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir”

Bunu Sfera.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollarından danışarkən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri müavini, Qarabağ müh...