Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu
Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir.

Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.

Sfera.az publika.az-a istinadən bildirir ki, ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək.

Lazım olanlar:

- tərkibində xlor olan təmizləyici vasitə

- 25 qr limon duzu

- qalın rezin əlcək

- süngər

Hazırlanma və istifadə qaydaları:

Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə silin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra "Yaxalama" funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın.

Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın və iki aydan bir bu üsuldan istifadə edin.

OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı: "Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir"

Biz iqtisadiyyatımızı şaxələndiririk. Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir.   Sfera.az xəbər verir ki, bu s...

Bəzi rayonlara yağış yağdı, dolu düşdü - FAKTİKİ HAVA

Saat 16:30-a olan məlumata əsasən Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə ...

Çexiyada may ayında NATO XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Çexiyada mayın 30-31-də NATO ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.   Sfera.az-a TASS-a istinadən xəbər verir k...

İlham Əliyev: "Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb"

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. ...

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

Beynəlxalq Enerji Agentliyinin (IAA) hər il dərc etdiyi Qlobal Elektrikli Vasitələrə Baxış hesabatına görə, bu ilin birinci rübündə elektrik avtomobil satışları...

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.   Sfera.az xəbər verir ki, bu barədə L...