No Image
No Image

Sabahın havası

Sabahın havası
Mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, axşam isə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz  25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz olacaq.   
Azərbaycanın rayonlarında
Mayın 23-də havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12,  gündüz 13-18 dərəcə isti təşkil edəcək.  
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

AzTV-nin əmədaşı Sirac Abışovun şəhid olmasından 12 gün, toyundan isə düz iki il keçir. Sfera.az xəbər verir ki, operator Sirac Abışov peşə borcunu yerinə...

Emin Əmrullayev Ankara Universitetinin rektoru ilə görüşdü

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Bakıda Ankara Universitetinin rektoru Necdet Ünüvarla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə N.Ünüvar tvit...

Bu malların satışı onlayn olacaq

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı zamanı onlayn satışlara üstünlük verilməlidir.   Sfera.az xəbər verir ki, bu barədə "Mü...

Ərdoğan Ağdamdakı hərbçilərlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfəri çərçivəsində Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hər...

Bu məscidlərin fəaliyyətinə icazə verilmir - RƏSMİ

Azərbaycanda yalnız təbii və ya mexaniki havalandırma sisteminə malik olan ibadət yerlərinin fəaliyyətinə icazə verilir. Sfera.az xəbər verir ki, bu, Səhi...

Geyim satışı obyektlərindəki dəyişmə otaqları qadağan edildi

Azərbaycanda geyim satışı obyektlərindəki dəyişmə otaqlarından istifadə qadağandır. Sfera.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəli...