Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu – Siyahı

Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu – Siyahı
 

Mayın 8-də axşam saatlarında Xəzər dənizində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.

Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, 4 nəfərin isə vəziyyəti sabit ağırdır.

Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində "Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR

İcra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri reyd keçirib

 İsmayıllının dövlət strukturlarının rəhbərləri küçələrdə reyd keçirib, ictimaiyyətin koronavirus təhlükəsinə dair məsuliyyətini iş başında yoxlayıb. İcra ...

SON DƏQiQƏ: Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

  "Seleniumun dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağal...

DİQQƏT: 190 manatın verilməsi ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR!

  İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı ...

Baş epidemioloqdan ŞOK AÇIQLAMA: "Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam"

  Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyu...

“Kimdir bunlardan həzz alan? İcra başçısı? TV rəhbərliyi? - Bayram Nurlu olayına SƏRT REAKSİYA

"Bu"nu və "bu"nun analoqlarını rayonlara, televiziyalara kim dəvət edib insanların məişətinə, şüuruna, şüuraltısına, uşaqların psixologiyasına təbliğ edib ye...

Koronavirus avtomobil bazarına necə “yoluxdu”? – Alıcı yoxdur, qiymətlər isə...

Koronavirus pandemiyasından sonra Azərbaycanın avtomobil bazarında yaranan duğrunluq hələ də davam edir. Bazar alıcı sarıdan əziyyət çəksə də qiymətlərdə cidd...