Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə,..

Əri və qardaşı şəhid olan məşhurlar - Nanə, Elariz, Nadir, Təranə,..
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 

 
Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabiti ilə 5 saat təkbətək döyüşərək, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, milyonlarla soydaşımızı öz doğma yurd-yuvalarından didərgin salan Ermənistanla döyüşdə ölkəmiz minlərlə şəhid verib. Onların əksəriyyəti gənclərdir.

AZXEBER.COM Qarabağ döyüşlərində doğmalarını itirən məşhurlarla bağlı araşdırma aparıb.

Müğənni Elariz Məmmədoğlunun qardaşı Qarabağ savaşında itkin düşüb. Müğənninin bildirdiyinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib. 
 

 


Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdnində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev könüllü olaraq cəbhəyə yollanır və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

 


Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Cəbrayıl rayonu Polis İdarəsi Cinayət axtarış şöbəsinin rəisi işləyən Z.Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Nəinki Cəbrayılda, Qabarağda xüsusi nüfuza malik olan Zahid Əhmədov vicdanlı məmur olaraq ad çıxarıb. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğul yadigarı qalıb. Əməkdar artistin qardaşı da vətən uğrunda şəhid olub.
 

 


Tanınmış aparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhid olub. Bununla bağlı açıqlama verən aparıcı bildirib ki, qardaşı 6 əsgər yoldaşı ilə birgə şəhid olub: "Həmin hadisə bizə çox pis təsir etdi. Qardaşim digər şəhidlər kimi şərəfli ömür yaşadı və biz onunla fəxr edirik”.
 

 


Müğənni Təranə Qumralın qardaşı Firdovsi Məmmədov da Qarabağda şəhid olub. O, milli ordumuzun ilk şəhidlərindən biridir. Müğənninin bildirdiyinə görə, qardaşı yoldaşları ilə birlikdə düşmənlə saatlarla davam edən döyüşdə böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub.
 

 


Xalq şairi, mərhum Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Qarabağ döyüşlərində şəhid olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanan T.Xəlilbəyli Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.
 

 


Müğənni Nadir Qafarzadənin yaxın qohumu Ravil Novruzov aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Bu barədə açıqlama verən müğənni bildirib ki, Ravil çox mədəni, təvazökar və vətənpərvər gənc olub: "Onun ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olması idi”.
 

 


 AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...