2019-CU İLİN QAYNAR ABŞ-İRAN YAYI:İranın nüvə silahı perspektivi gerçəkliyə çevrilir – Təhlil

2019-CU İLİN QAYNAR ABŞ-İRAN YAYI:İranın nüvə silahı perspektivi gerçəkliyə çevrilir – Təhlil
Keyt Conson, Robbi Qreymer

The Foreign Policy (ABŞ), 09.05.2019


ABŞ prezidenti Donlad Trampın administrasiyası Vaşinqtonun 2015-ci il nüvə sazişindən çıxdığını bildirəndən və antiiran sanksiyalarını təzələyəndən bir il sonra, görünür, İranın səbri və sazişin şərtlərini yerinə yetirməyə razılığı tükənib. Mayın 8-də çərşənbə axşamı Tehranda bildiriblər ki, İran nüvə sazişinin bir sıra əsas bəndlərinə əməl etməkdən əl çəkəcək.

İran prezidenti Həsən Ruhani bildirib ki, İran nüvə proqramının iki önəmli tərkib hissəsini təşkil edən zənginləşdirilmiş uran və ağır suyun başqa ölkələrə göndərilməsini dayandıracaq. Beləliklə, İran Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) kimi bəlli olan saziş çərçivəsində 2015-də verdiyi bir sıra vədləri pozub.

Bəzi analitiklər hesab edirlər ki, Tehran eyni zamanda çağırış və hədə ilə AB və ÇXR-ə müraciət edib: bizə yardım edin, ya da fırıldaq çevirəcəyik. Beynəlxalq münasibətlər üzrə Avropa Şurasından (ECFR) alim Elli Qeranme hesab edir: "İran strateji fəaliyyətin xeyrinə strateji səbirdən əl çəkib”.

İranın ilk addımı qətiyyətdən xali görünüb, ekspertlərin çoxu bundan qorxurdu. Tehranın qərarı sonradan bomba yaradılması üçün istifadə oluna biləcək yüksəkzənginlikli uranın istehsalı üzrə hansısa təcili addımları nəzərdə tutmur. Bununla belə, İranın atdığı addım göstərir ki, AB nüvə sazişini xilas etməyə çalışmasa, ona son qoyula bilər.

"Beynəlxalq Böhran Qrupu”nun eksperti Əli Vaiz hesab edir: "Hər şey lap pis ola bilərdi. İran Amerikanın maksimal basqı siyasətinə qarşı azacıq cavab tədbirləri alıb”.

Vaiz əlavə edir: "İndi top nüvə sazişini imzalayanların tərəfində görünür. Onlar Amerikanın birtərəfli sanksiyaları ilə mübarizənin xeyrinə seçim etməli, ya da İran tərəfdən sazişin pozulmasına gətirə biləsi əlavə pozuntuların şahidi olacaqlar”.

Ruhani deyib ki, növbəti iki ayda iqtisadi yüngülləşmə gəlməzsə, onda İran, varlığı Tehrana yetərincə qısa müddətdə nüvə silahı yaratmaq imkanı verən zənginləşmiş urana münasibətdə başqa məhdudiyyətləri də yerinə yetirməkdən imtina edəcək.

Kolumbiya Universitetinin Kürəsəl Energetika Siyasəti Mərkəzinin baş elmi işçisi Riçard Nefyu bildirib: "Düşünürəm ki, bu, BƏFP-nin sonunun başlanğıcıdır. Gerçək problem bundan ibarətdir ki, biz indi geriyə, qovğaya qayıtmışıq. İran 60 günlük saat qurub. Şübhəsiz, ABŞ tərəfdən cavab zərbəsi yeni sanksiyalar olacaq. Bu qayda ilə qaçılmaz eskalasiya riski var”.

Başqaları daha nikbin dəyərləndirmə verirlər. Brookings Institution-nun əməkdaşı Süzanna Maloni hesab edir: "İran sazişdən tam imtinaya hazır olmadığından bu addımı atıb. Onlar çıxış yolu tapmağa hələ də ümid edirlər”.

Çərşənbə günü, mayın 8-də Ağ Evdə bildiriblər ki, Vaşinqton İranın metallurgiya sektoru haqda yeni sanksiyalar tətbiq edir ki, ölkəni ixracat gəlirlərindən etsin və İran rejiminə basqını gücləndirsin.

İranın qərarı AB-nin qarşısına dilemma qoyub. Avropa ölkələrinin Amerika sanksiyalarından yan keçməyə yönəlmiş səyləri indiyə qədər uğurla nəticələnməyib. AB İran neftinin ixracatını dəstəkləmək üçün praktik olaraq heç nə etməyib.

Maloni əmindir: "Düşünmürəm ki, avropalılar Tehranın onlardan gözlədiyinə nail ola bilərlər. Onlar öz şirkətlərini İranla biznes aparmağa vadar edə bilmirlər. Bankları da İranla alverə məcbur edə bilmirlər”.

İranla bağlı durum ABŞ-a münasibətlərin son bir neçə gündə gərginliyin gücləndiyi fonda dönüşür. Tramp administrasiyasında bildiriblər ki, Vaşinqtonun fikrincə, İran İraqda Amerika qoşunlarına mümkün hücum daxil olmaqla bölgədə Birləşmiş Ştatların maraqlarına qarşı cavab tədbirləri görməyə hazırlaşır. Ekspertlər hər şeydən çox İrana yardım edilməzsə, 2019-cu ilin yayında nə baş verəcəyindən narahatdırlar. Zənginləşdirilmiş uran ehtiyatlarına məhdudiyyətin götürülməsi İranı nüvə silahı yaratmaq yoluna qaytarar.

Tərcümə Strateq.az-ındır. 

OXŞAR XƏBƏRLƏR

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...