2019-cu ildə uğuru necə əldə etməli: psixoloqların məsləhəti

2019-cu ildə uğuru necə əldə etməli: psixoloqların məsləhəti

Şampanartıq çoxdan içilib, bayram ləzzətləri yeyilib, qonaq ziyarətləri də həmçinin başa çatıb. Çöldə soyuq və qaranlıqdır. Deyəsən, 2019-cu ili ən azından məhsuldar bir şəkildə başlamaq tamamilə mümkünsüzdür.

 

Amma əgər sizin bu illə bağlı böyük planlarınız varsa, ekspert-psixoloqlar məhz bunları həyata keçirmək üçün öz məsləhətləriylə sizə kömək etməyə tələsirlər.

 

İşəgötürənin gözünə necə xoş görünməli: 5 əsas qayda

Yeni il vədi: Ona necə əməl etmək lazımdır?

İş

Yadınızdadır, siz bu il mütləq, şübhəsiz özünüzü axmaqlığa qoymaqdan çəkinib yeni iş tapmaq barədə özünüzə söz vermişdiniz? Bu, 2013-cü ildə baş verib.

 

Bəli, axı işləyən zaman başqa iş axtarmaq çətindir. Siz bunu öz-özünüzə dəfələrlə təkrar edirsiniz.

 

"Siz məhz nəyi dəyişmək barədə düşünün. Nəyi daha çox etmək və nəyi az etmək istəyirsiniz?", - deyə Personal Career Management məsləhətçilər şirkətinin icraçı dierktorlarından biri Corinne Mills deyir.

 

"İş dəyişdirməyin məhz sizə lazım olan bir şey olması mütləq deyil", - deyə əlavə edən Corinne-in əsas məsləhətləri bunlardır:

 

Məsləhət üçün müdirinizə müraciət edin və ona işdə irəli getmək istədiyinizi söyləyin. Bu, işinizi tərk etmək məcburiyyətində qalmadan yeni imkanların yaranmasına gətirib çıxara bilər.

Axtarışa vaxt ayırın. Əgər siz yeni iş arzusundasınızsa, o zaman bu işə kifayət qədər vaxt ayırmalısınız. Nahar vaxtı iş axtarın, tərcümeyi-halınızı qaydasına salın və axşamlar iş axtarışını davam etdirin.

Yeni açılmış vakansiyada tələb olunan bacarıqlar və təcrübə sizdə yoxdursa müraciət etməyin. Bu, boş vaxt itkisidir.

Sadəcə "Mən komandada əla işləyirəm" deməyin, bunu sübut edin. Konkret mövqe üçün niyə mükəmməl namizəd olduğunuza dair nümunələr gətirmək üçün tərcümeyi-halınızdan istifadə edin.

Sizin üçün həqiqətən maraqlı olan bir neçə vakansiyanı seçin və vaxtınızı real müraciətlər etmək üçün sərf edin. Hər şeyi hər yerə göndərməyin.

Corinne deyir ki, əgər sizə çoxlu pul lazımdırsa, o zaman "bazar dəyərinizi" aydınlaşdırın. Sizin fəaliyyətiniz sahəsində bazarda maaşın miqdarı barədə məlumat axtarın. Artıq bu məlumatla siz müdirin yanına gedə bilərsiniz və əlinizdə yüksəlişə layiq olmağınız barədə məlumatlar olacaq.

 

7 günə necə xoşbəxt olmaq olar?

İş tapa bilmirsiniz? Onda bu məsləhətlərə qulaq asın

Pul

Əgər siz kredit kartlarınıza titrəmədən baxa bilmirsinizsə, bu o deməkdir ki, böyük ehtimalla bayramlar sizin büdcənizə böyük zərbə vurub.

 

Onlayn-alış-veriş hiyləgər bir ixtiradır. Yəni, əsaslara geri dönmək lazımdır, debet kreditlə üst-üstə düşməlidir. Bütün gəlir və xərcləri hesablamaq lazımdır. Dumbfunded.co.uk. bloqunun yaradıcısı Colin MacDermott belə deyir.

 

Yeni texnologiyaların sayəsində nə qədər xərclədiyinizə nəzarət etmək kifayət qədər asandır. "Real vaxt rejimində sizin xərclərinizi göstərən bank tətbiqləri var. Barclays bankı bir qədər əvvəl "bloklayan" tətbiqini təqdim edib, siz qumar oyunlarına və internetdə alış-veriş etməyə pul xərcləməmək üçün bu tətbiqə qoşula bilərsiniz", - deyə Colin əlavə edib. Bəzi vəziyyətlər üçün arxada pul yığmağa başlamağa cəhd edin.

 

"Əgər siz işinizi itirsəniz və ya çox pul xərcləsəniz, məsələn, avtomobilin təmirinə pul xərcləməli olsanız, o zaman sizin iki və ya üç ay dolana bilməyiniz üçün kifayət qədər vəsaitiniz olmalıdır ", - Colin deyir.

 

"Dərhal pul qazanmağa başlamaq üçün çoxlu vasitələr mövcuddur", - deyə Colin qeyd edib. "Əgər sizin konkret bir şeyə marağınız varsa, o zaman bu fəaliyyət sahəsini inkişaf etdirin və tezliklə bununla qazana bilərsiniz". Colin-in başlıca məsləhəti budur.

 

"Xoşladığınız bir şey barədə bloq yazmağa başlayın, sosial şəbəkələrdən və striminqlərdən istifadə edin. Reklamverənlərin sizə müraciət etməsi tamamilə mümkündür".


OXŞAR XƏBƏRLƏR