2019-cu ildə bizi gözləyən 5 təhlükə

2019-cu ildə bizi gözləyən 5 təhlükə
Geosiyasət, geostrateq və siyasi risklər üzrə fransalı mütəxəssis Nikolya Tenzer 2019-cu il üçün dünyanı gözləyən əsas təhlükə və riskləri açıqlayıb.

Ukraynanın "Apostrof" nəşrinə açıqlama verən analitikin sözlərinə görə, əsas risk Rusiyadır. "Düşünürəm, birinci risk Rusiyanın daha sərt davranışıdır, bu, bütün Avropa, hər şeydən əvvəl Ukrayna üçün təhlükəni yaradacaq. Çünki müharibə kəskinləşə bilər, biz bunu Azov dənizində gördük. Həmçinin, Donbasda yeni hücumlar ola bilər. Ehtimal ki, Avropa İttifaqı və ABŞ zəif cavab verə bilər. Bu, əsas riskdir, çünki o həqiqətən də vəziyyətin stabilliyini poza bilər", - o bildirib. Mütəxəssisin sözlərinə görə, ikinci risk də həmçinin Rusiya ilə bağlıdır: "Həm də yalnız Rusiya deyil, həmçinin İran və Türkiyə ilə bağlıdır. Bu, Suriyadakı hadisələrdir. Qorxuram ki, Rusiya, Bəşər Əsəd rejimi və İran Türkiyə sərhədində olan İdlib əyalətini tutmaq hüququna malik olduğunu düşünərlər. Bu, vətəndaşların yeni ölümlərinə və Türkiyənin nəzarətində olan kiçik rayondan başqa, bütün regionun rusların dəstəklədiyi Suriya rejimi və iranlıların nəzarətində keçməsi anlamına gəlir. Bu, qərb ölkələrinin müvəffəqiyyətsizliyini bildirir. Biz bunu artıq 2013, 2015, 2016 və sonrakı illərdə də gördük. Bu nöqteyi-nəzərdən ABŞ-ın Suriyadan çıxması mənfi addımdır". Onun sözlrəinə görə, üçüncü risk Avropa İttifaqı ilə bağlıdır: "Məlum olduğu kimi, 2019-cu ildə Avropada yeni seçkiləri keçiriləcək. Təəssüf ki, mənim dogma Fransam da daxil olmaqla, bəzi ölkələrdə, ultrasağların və sol radikal populist qrupların yüksəlişini qeyd etmək olar. Bu, Avropa ölkələrində əhəmiyyətli qarışıqlıqlara və qeyri-müəyyənliyə gətirib çıxara bilər. Əgər ultrasağlar Avropa parlamentində daha çox yer alarsa, bir sıra, hər şeydən əvvəl təhlükəsizlik məsələlərində daha mürəkkəb rol oynamağa başlayacaq. Həmçinin, Rusiyaya qarşı sanksiyalar uzadılmayacaq və genişləndirilməyəcək. Bu təhlükəsizlik sahəsində Avropa İttifaqının geri çəkilməsi olardı". Mütəxəssis Çinin hərəkətlərini dördüncü risk hesab edir.

Onun sözlərinə görə, dünyanın müxtəlif hissələrində, xüsusilə Cənubi Çin dənizində Çinin aktivliyi müşahidə edilir. "Beşinci risk terrorizmdir. Yaxın Şərqdə yalnız Suriyada deyil, həm də İraq, Liviya və qismən Misirdə İŞİD və "Əl-Qaidə"nin yeni bölmələrinin yaranması, bütün dünyada yeni terror hücumlarının artması üçün yeni imkanlar meydana çıxır. Əfqanıstandakı vəziyyət göstərir ki, bu təhlükə heç yerə yoxa çıxmayıb.
 
/Publika.az
 

OXŞAR XƏBƏRLƏR