2019-cu il “Amrahbank”ın inkişaf tarixində bir sıra hadisələrlə yadda qaldı
15:55 / 29.01.2020
4257
2019-cu il "Amrahbank”ın inkişaf tarixində bir sıra hadisələrlə yadda qaldı. Belə ki,
texnologiyaların tətbiqinə böyük önəm verən Amrahbank, Bank əməliyyatlarının effektivliyini
artırmaq məqsədilə , beynəlxalq praktikada geniş istifadə olunan, bank əməliyyatlarını daha da
sadələşdirən, müştərilərə daha sürətli xidmət göstərilməsinə və innovativ layihələrin tətbiqinə şərait
yaradan yeni proqram təminatına keçdi.
2019-cu ildə "Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də, təməli
04.09.2013-cü il tarixində qoyulan, Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən yeni
inzibati binanın istifadəyə verilməsi oldu. 14 min kvadrat metr sahəni əhatə edən, xüsusi zövqlə
hazırlanmış 11 mərtəbəli yeni bina, möhtəşəm xarici görünüşə malik olmaqla yanaşı, müasir
interyeri, yüksək texniki təhcizatı ilə də fərqlənir .
2019-cu ildə "Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də
"Amrahvabnk”ın Moskva birjasına üzv seçilməsi oldu. Bu üzvlük Banka həm qiymətli kağızlar,
həm də xarici valyutalar üzrə bir çox əməliyyatların aparılması üçün yeni imkanlar yaratmaqla
yanaşı, əlverişli şərtlər və qiymətlərlə əməliyyatların aparılmasını, həmçinin beynəlxalq valyuta və
fond bazarlarına çıxışı da təmin etdi.
2019-cu ilin 4-cü rübünün nəticələrinə görə "Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə
müqayisədə artıb. Belə ki, 2019-cu ilin 4-cü rübünün sonuna faiz gəlirləri ötən ilin müvafiq dövrü
ilə müqayisədə 2 milyon. 611 min manat və ya 30 faiz artaraq 11 milyon 313 min manat təşkil
etmişdir.
31 dekabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər
174 milyon 734 min manat , kredit portfeli isə114 milyon. 230 min manat təşkil etmişdir.
Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş
ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin
regionlarında yerləşir.