Azərbaycanda qorxunc xəbər dolaşır - ilk rəsmi açıqlama

Azərbaycanda qorxunc xəbər dolaşır - ilk rəsmi açıqlama
 Son günlərdə sosial şəbəkələrdə yayılan bu xəbər hər kəsi təşvişə salıb. Belə ki, azyaşlı yaşlı uşaqlar arasında "Koksaki” virusunun yayıldığı barədə məlumatlar gəzir. 

Valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqətli olmağa çağırırlar.Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Mövzu ilə bağlı mütəxəssislər isə bunun əksini iddia edir.

Pediatr Günay İmanova Sputnikə açıqlamasında bildirib ki, "Koksaki” viral xəstəlikdir: "Su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki” orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki” xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir”.

Həkim bildirir ki, koksaki virusuna yoluxan xəstələrdə əl-ayaq, bədən səpmələri, yüksək hərarət, ağız boşluğu və boğazın səpməsi, boğaz-baş ağrısı, qarın ağrısı-qusma müşahidə edilir: "Əllərdə, ayaqlarda səpmələr, qızartılar, qabıq verərək qopmalar, qanamalar, ağızda, udlaqda herpesə bənzər yaralar koksaki virusunun əsas əlamətidir və bütün bunlar yüksək qızdırma ilə yanaşı inkişaf edir”.”Koksaki” gözün zərinə də bulaşa bildiyi üçün gözün kənarlarında sulanmalar, qızartı, batma hiss və s. müşahidə edilə bilər. Xəstəlik güclü yayılma qabiliyyətinə malikdir. Belə ki, xəstə yuyulmamış əli ilə hara toxunsa, həmin yerə toxunan xəstələnə bilər” — mütəxəssis diqqətə çatdırır.

"Bütün bunlara baxmayaraq koksaki virusunun xüsusi bir müalicəsi yoxdur. Xəstəlik əsnasında ancaq ağrıkəsicilərdən istifadə etmək məsləhət görülür. Xəstəlik 7-10 günə sağalır” — G. İmanova əlavə edir.

Mənbə: A24.az

OXŞAR XƏBƏRLƏR

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...