Azərbaycanlı girovların azad edilməsi üçün beynəlxalq qurumlara müraciət edildi

Azərbaycanlı girovların azad edilməsi üçün beynəlxalq qurumlara müraciət edildi

 

İyunun 10-da BMT Təhlükəsizlik Şurasında sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə

 

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi də iştirak edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müzakirələrdə BMT-nin baş katibi Pan Gi Mun və BMT üzv dövlətlərinin nümayəndələri mövzu üzrə çıxış ediblər.

 

Azərbaycan tərəfi müzakirələr əsnasında hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəf alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının mülki Azərbaycan əhalisinə qarşı qəsdən hücumların edilməsi, onların qətlə yetirilməsi, etnik təmizləməyə məruz qalması, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi hallarla müşayiət olunduğu qeyd olunaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu qeyri-qanuni əməllərin öz əksini tapdığı vurğulanıb.

 

Azərbaycan nümayəndəsi soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun mülki şəxs olaraq işğal olunmuş Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, onlar üzərində qurama məhkəmə təşkil edildiyini diqqətə çatdıraraq, bu şəxslərin girovluqdan azad edilməsini təmin etmək üçün BMT TŞ-nin tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edilib.

 

Çıxış əsnasında bu ilin aprel ayının əvvəllərində ağır artilleriya və iriçaplı silahlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülki Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla 6 mülki şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülki obyektlər olmaqla, yüzlərlə mülki obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Həmçinin Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı "çirkli bomba” ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

 
Trend //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...