Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,75 dollar və yaxud 1,50% bahalaşıb.

Sfera.az report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,72 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR