Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti

Dünya birjalarında həftəyə bahalaşma ilə başlayan neftin qiymətində geriləmə olub. Sfera.az Azanspress-ə istinadən xəbər verir ki, cüzi ucuzlaşmadan sonra dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 39.00 dollar təşkil edib. 

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 38.05 dollar müəyyən olunub. 

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,93 dollar ucuzlaşaraq 40,26 dollar təşkil edib.

Dünya bazarında 31.03.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,43 dollar olub. Platinin 1 qramı 30,96 dollar, palladiumun 1 qramı isə 18,10 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.

Dünya bazarında 31.03.16 tarixində əlvan metalların qiyməti
AMB-dən verilən məlumata görə, 30.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5586 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7608 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0228 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.2403 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.548 AZN dəyərində müəyyənləşib.

Valyutaların məzənnəsi
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 31.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5421 səviyyəsində müəyyən olunub.


OXŞAR XƏBƏRLƏR