2011-ci ildəki böhran təkrarlanacaq – Dollar dünyanın ehtiyat valyutası statusunu itirə bilər

2011-ci ildəki böhran təkrarlanacaq – Dollar dünyanın ehtiyat valyutası statusunu itirə bilər
İki həftədən sonra ABŞ dövlətinin borcu maksimum həddə çatacaq. Qaydalara görə dövlət icazə verilən məbləğdən çox borclana bilməz. Əgər iki həftə ərzində ABŞ hökumətinə daha çox borclanmaq hüquqi verilməsə, oktyabrın ikinci yarısından hökumət əlavə borc cəlb edə bilməyəcək. 

Sfera.az "Bloomberg”ə istinadən bildirir ki, dövlətin borclanma tavanını parlament müəyyənləşdirir. Hökumətin bütün çağırışlarına baxmayaraq parlament borclanma tavanını artırmayıb. 

Bəs, parlament inadkarlığından əl çəkməsə, 2011-ci ildəki böhran yaşana bilərmi?  

Xatırladaq ki, 2011-ci ildə hökumətin borclanma limitinin artırılması gecikdirilmişdi və bu vəziyyət S&P 500 İndeksinə, əmtəə qiymətlərinə və inkişaf etməkdə olan ölkələrin milli valyutalarına neqativ yöndən təsir etmişdi. On il əvvəl borclanma böhranı ilə əlaqədar ABŞ-ın dövlət istiqrazlarında faizlər düşmüşdü və yüksək gəlir gətirən valyutalar üzrə satışlar artmışdı. 

2011-ci ildə borc tavanı mübahisələri 26 iyul-19 avqust tarixləri arasında baş verib.  Bu qısa müddətdə S&P 500 16 faiz dəyər itirdi, ABŞ xəzinə kağızlarının faizi 89 faiz bəndi düşdü, əmtəələrdən isə neftin qiyməti 10 faiz enmişdi. 

"Bloomberg”in iqtisadçıları proqnozlaşdırır ki, borc böhranı uzanarsa, ABŞ mərkəzi bankının istiqraz alışını azaltma planını dəyişə bilər. 2011-ci il ssenarisinin təkrarlanacağı təqdirdə ABŞ-da iqtisadi böyümənin qismən zəifləyəcəyi və məşğulluğun bir qədər pisləşəcəyi güman edilir.

ABŞ prezidenti Co Bayden isə xəbərdarlıq edib ki, parlament dövlət borcunun yuxarı həddinin artırılmasına razılıq verməsə, defolt yaşana bilər, həmçinin dolların dünyanın ehtiyat valyutası statusunu itirmək təhlükəsi atacaq. Onun sözlərinə görə, razılıq əldə edilməsə ABŞ-ın kredit reytinqi aşağı salınacaq, kredit faizləri artacaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...