“2001-ci ildə doğulan hər 30 ermənidən biri bu müharibədə ölüb”

“2001-ci ildə doğulan hər 30 ermənidən biri bu müharibədə ölüb”
"Bu qrafik Ermənistan hərbi itkilərinin yaş bölgüsünü göstərir. İndiyədək təxminən 1400 nəfərin adını və doğum ilini açıqlayıblar. Daha sonra rəsmən deyiblər ki, toplam itkilər 2400 nəfərdir, amma o 1000 nəfərin məlumatları hələ açıqlanmır. Əgər o 1000 nəfərin yaş bölgüsü də eynidirsə (əslində, eyni olmalıdır), onda 2001-ci ildə doğulan hər 30 erməni oğlandan biri bu müharibədə həyatını itirdi".

Sfera.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

İ.Məmmədov paylaşdığı cədvələ belə şərh verib:
 
 
"Belə itkilərə Ermənistan cəmiyyəti davam gətirə bilməz. Müharibədən sonra ölkədən insan axını daha da güclənəcək. Demoqrafik göstəricilərinə görə Ermənistan onsuz da yaxşı mövqedə deyildi, bundan sonra isə fəlakət həddinə yaxınlaşır".
 
Aysel
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR