20 yaşlı qız zəhərlənərək dünyasını dəyişdi
19:48 / 07.02.2021
3552
Ağdaş rayon sakini zəhərlənərək dünyasını dəyişib.
Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 20 yaşlı Xankişiyeva Əminə Tahir qızı zəhərlənmə diaqnozu ilə əvəvlcə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq bir neçə saat sonra Ə.Xankişiyeva Mingəçevir şəhər mərkəzi xəstəxanasıda dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.