No Image
No Image

20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq

20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Daxili İşlər Nazirliyi (DİN) Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır.
20 Yanvar günü səhərdən başlayaraq, Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar vətəndaşlarımızı həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejim qaydalarına əməl etməyə çağırırıq.

Diqqətə çatdırırıq ki, virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

2 ay komada qalan qazimizdən xəbər var - VİDEO

44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini dav...

Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası baş tutacaq. Sfera....

Şuşanın azad edildiyi gün çəkilən FOTO

Şuşanın işğaldan azad olunduğu gün hərbçilərimizin qələbə fotosu çəkilib.  Sfera.az xəbər verir ki,  bu barədə foto sosial şəbəkələrdə paylaşılı...

"Meyvəli" bazarında yanğın söndürüldü

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata gör...

Hakim Mahmud Ağalarov dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı sabah məhkəmə iclası keçiriləcək.   Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər mə...

Sabahdan məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.    Sfera.az BAKU.WS-a istinadən xəbər ...