“20 iyul görüşündə Zəngəzur dəhlizi müzakirə ediləcək” - Putin və Əliyev razılığa gələ biləcəkmi?

“20 iyul görüşündə Zəngəzur dəhlizi müzakirə ediləcək” - Putin və Əliyev razılığa gələ biləcəkmi?
"Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra bölgədə irəliləyişlər görəcəyik".

Sfera.az xəbər verir ki, bunu politoloq Elman Vəliyev deyib. Politoloq Rusiyanın Qərb ölkələrinin Qafqaza müdaxiləsindən narahat olduğunu bildirib:

"İyulun 20-sində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq. Moskva görüşündə 10 Noyabr, 11 Yanvar bəyanatları yenidən gözdən keçiriləcək. Rusiya da narahatdır ki, Qərb bölgədə üstünlük əldə etməyə çalışır, tərəflər arasındakı gərginlikləri yatırmağı öz üzərinə götüməyə səy göstərir. Bölgədə sülhü qoruduğunu bəyan edən dövlət məhz Rusiyadır. Qərb bu missiyanı öz üzərinə götürsə və missiya uğurlu alınsa Rusiyanın planları alt-üst ola bilər".

Politoloqun sözlərinə görə müzakirələrdə Zəngəzur məsələsi də öz əksini tapacaq və Azərbaycanın lehinə olan addımlar atılacaq:

"Ehtimal edirəm ki, Zəngəzur dəhlizi də bu müzakirələrdə əsas yer alacaq. Ermənistan ona verilən şansları düzgün dəyərləndirə bilmir. Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir. Moskva görüşündən sonra bölgədə irəliləyişlər görə bilərik. Yəni, bu irəliləyişlər Azərbaycanın lehinə olacaq".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...