“20-ci sahə” yaşayış massivi yenidən qurulacaq

“20-ci sahə” yaşayış massivi yenidən qurulacaq
 Hazırda iri Çin investorları ilə "20-ci sahə” layihəsi müzakirə olunur.

Sfera.az xəbər verir ki, bunu media.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.

O, bunun Bakının şəhərsalma sferasında maraqlı layihə olduğunu qeyd edib:

"Çinli tərəfdaşlarımızın təxminən, 800 hektar sahədə, sahil zonasına çıxışı olan və bulvarın davamı olacaq böyük yaşayış rayonu yaratmaq niyyəti var. Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”.

E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirsə də, sərhədlər açıldıqdan sonra layihənin reallaşacağını mümkün hesab edir.

"20-ci sahə”nin hazırkı durumu haqda danışan memar orada vəziyyətin ürəkaçan olmadığını bildirib: "İndi orada vəziyyət dəhşətlidir, kanalizasiya yoxdur, torpaq sürüşmələri baş verir. İnsanların işlətdiyi su aşağı təbəqələrə gedir. Sürüşmə nədir? Bu, dərinlikdə yerləşən qayadır, sonra qrunt və gil qatı gəlir. Su qruntdan keçərək gili sabuna çevirir, təbəqəni yuyur və o da qayadan sürüşməyə başlayır. Beləliklə, bu sürüşmələr insanın tənzimlənməmiş fəaliyyətinin nəticəsidir”.

OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...