2 maya olan hava ilə bağlı xəbərdarlıq edildi

2 maya olan hava ilə bağlı xəbərdarlıq edildi
 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Sfera.az "APA"ya istinadən xəbər verir ki, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13, gündüz  18-22, Bakıda gecə 11-13, gündüz  19-21 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

Sabah Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Rayonlarda isə bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək

Havanın temperaturu gecə 8-13, gündüz  20-25, dağlarda gecə 3-8, gündüz  10-15 dərəcə isti olacaq. 
 


OXŞAR XƏBƏRLƏR