2 avtomobil toqquşdu, xəsarət alanlar var

2 avtomobil toqquşdu, xəsarət alanlar var
 

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri - 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.


OXŞAR XƏBƏRLƏR