2 alan şagirdin intiharının TƏFƏRRÜATLARI: Məktəb açıqlama verdi - VİDEO

2 alan şagirdin intiharının TƏFƏRRÜATLARI: Məktəb açıqlama verdi - VİDEO
"Altıncı sinigf şagirdi Zahid Nuriyev 30 sentyabrda dərsdən sonra məktəbin yaxınlığında yerləşən stadiona futbola baxmağa gedib. Stadionun divarına dırmaşarkən oradan yıxılıb".

Sfera.az xəbər verir ki, bu sözləri sonxeber.az-a açıqlamasında Xırdalan şəhəri 2 saylı orta məktəbin təşkilatçı müavini Gülnarə Mehdiyeva deyib.

Onun sözlərinə görə, sentyabrın 30-da Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə şagirdin özünü məktəbin ikinci mərtəbəsindən atması ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir.

"Altıncı sinif şagirdi olan Zahid Nuriyev 30 sentyabrda dərsdən sonra məktəbin yaxınlığında yerləşən stadiona divarına dırmaşarkən oradan yıxılıb. Hadisə nəticəsində uşağın daban hisssəsinə sadəcə çat düşüb. Hazırda onun ayağının zədə alan hisəsi gipsdədir. Z.Nuriyev iki gün sonra dərsə gələcək".

G.Mehdiyeva bildirib ki, stadion bağlı olduğundan uşaq futbola baxmaq üçün divara çıxmaq istəyib. Stadion məktəbdən kənarda yerləşir və məktəbin tabeliyində deyil. Hazırda Z.Nuriyevin səhhəti normaldır. Məktəbin müəllimləri uşağı həkimə apararkən yanında olublar. Həkim rəyi də alınıb. 

Abşeron Rayon Polis İdarəsi isə 1news.az-a açıqlamasında altıncı sinif şagirdi Zahid Nuriyevin ikinci mərtəbənin pəncərəsində oturarkən ehtiyatsızlıq ucbatından yıxıldığını deyib.

"Xırdalan şəhərinin 2 saylı məktəbin şagirdinin intiharının yalandır və heç bir fakta əsaslanmır. Əslində bədbəxt hadisə baş verib. İlkin məlumata görə, altıncı sinif şagirdi Zahid Nuriyev ikinci mərtəbənin pəncərəsində oturarkən ehtiyatsızlıq ucbatından yıxılıb. Huşunu itirən oğlan xəstəxanaya çatdırılıb, o, sağdır. Bundan başqa, onun vəziyyəti qənaətbəxşdir. Heç bir intihar haqqında söhbət gedə bilməz", - polisdən bildirilib, fakt üzrə araşdırma aparıldığı vurğulanıb.

Qeyd edək ki, sentyabrın 30-da Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə şagird özünü məktəbin ikinci mərtəbəsindən atıb. Musavat.com-un məlumatına görə, intihara cəhd edən 5-ci sinif şagirdi olub. Məktəblinin intihara cəhd etməsinin səbəbi isə onun dərsdən iki alması olub.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...