19 yaşlı şəhidimiz torpağa tapşırıldı - FOTO

19 yaşlı şəhidimiz torpağa tapşırıldı - FOTO

Mayın 17-də cəbhə bölgəsində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Milli Ordunun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli doğulduğu Lerik rayonunun Almu kəndində son mənzilə yola salınıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, "N" saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları şəhid Natiq Tahirlinin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu, adının həmişə ürəklərdə yayacağını bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Şəhidin əmisi Kamil Tahirov qardaşı oğlunun torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından ailə üzvlərinin qürur duyduğunu bildirib.

Natiq Tahirlinin cənazəsi yaylım atəşləri altında son mənzilə yola salınıb. Onun tabutu üzərindəki üçrəngli Azərbaycan Respublikasının bayrağı atasına təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...