19 yaşlı oğlan qohumunu bıçaqladı
17:42 / 24.02.2021
1999
Bakıda 19 yaşlı oğlan qohumunu bıçaqlayıb.
Sfera.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
1998-ci il təvəllüdlü Cavid Quluzadə qarnından aldığı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, onu yaxın qohumu, 2002-ci il təvəllüdlü Fərid Zəkəliyev bıçaqlayıb. Həmin şəxs tutulub, faktla bağlı cinayət işi başlanılıb.