175 manata satılan alça... - Azərbaycanda meyvə qiymətləri niyə “od tutub yanır?”

175 manata satılan alça... - Azərbaycanda meyvə qiymətləri niyə “od tutub yanır?”
Artıq bir neçə ildir ki, mart aprel ayında yazın mövsümi meyvələri olan alça və gilasın gözqamaşdıran qiymətləri ortaya çıxır. Təsadüfi deyil ki, bir neçə gün öncə sosial şəbəkələrdə alçanın kiloqramının 175 manata təklif edildiyinin şahidi olduq.
 
Onu da qeyd edək ki, aprel ayının sonuna doğru və may ayında belə bəzən mövsümi meyvələrə əl uzatmaq olmur. Necə deyərlər, bazarda qiymətlər "od tutub yanır". 

Maraqlıdır, bu il mövsümi meyvələrin qiyməti hamı üçün əlçatan olacaqmı? Ümumiyyətlə qiymətlərin baha olmasının səbəbi nədir?

Məsələ ətrafında Sfera.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qiymətlərin dəyişkən olmasının məhsuldarlıqdan asılı olduğunu qeyd edib. Ekspert məhsuldarlığa qlobal iqlim dəyişikliyinin səbəb olduğunu və bu səbəbdən mövsümi meyvələrin baha satıldığını bildirib:

"Son iyirmi ildə qlobal iqlim dəyişikliyi nəticəsində havanın tempraturu dəyişib və tempraturu əvvəlcədən proqnoz vermək belə çətinləşib. Təsadüfi deyil ki, indi verilən proqnozların əksəriyyəti özünü doğrultmur. Bu baxımdan qarşıdakı günlərdə bizi nə gözləyir, onu demək çətindir. Lakin indiyədək havanın tempraturu münbit olub. Bu məhsuldarlığın yaxşı olmasına işarədir. Amma onu da deyim ki, hava şəraiti kəskin olsa belə aqrotexniki qaydalara əməl etməklə məhsuldarlığı yüksəltmək olar. Nəticənin belə olması isə bu sahədə aparılan siyasətdən, bizim bağbanlardan asılıdır".  

V.Məhərrəmov məhsuldarlığın aşağı qiymətlərin yuxarı olmasında həm də bağbanları günahlandırıb:

"Təəssüflər olsun ki, bizdə bağbanların maarifləndirilməsi istiqamətində lazımı addımlar atılmır. Qeyri-peşəkarlar bu sahədə bağbanları, fermerləri maarifləndirir. Onların çoxu sadəcə oxuduqlarını çatdırır, təcrübə isə minimum səviyyədədir. İndi qlobal iqlim dəyişikliyi olduğu üçün yalnız kitabdan oxunanlar kifayət deyil. Bu sahədə peşəkarları axtarıb tapmaq lazımdır". 

"Havadan mərhəmət gözləməli olacağıq..."

"Görünən odur ki, biz havadan mərhəmət gözləməli olacağıq. Əks halda hava kəskin dəyişərsə, məhsuldarlığın səviyyəsi aşağı, qiymətlər isə yuxarı olacaq. Lakin onu deyim ki, qarın yağması belə mövsümi meyvələrə təsir etməz. Lakin qarla bərabər şaxta müşahidə etsək, bu zaman məhsuldarlığa ziyan dəyəcək. Düşünürəm ki, qarşıdakı günlərdə mövsümi meyvələr yetişdirilən rayonlarda dolu düşməyəcək. Bu isə müsbət haldır". 

Əzizə Zeynal 
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...