“17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi” - ŞİKAYƏT

“17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi” - ŞİKAYƏT
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin rəhbəri Elnur Həsənov son iki həftə ərzində əməliyyat etdiyi iki azyaşlının ölümündə ittiham olunur. 

Sfera.az xəbər verir ki, bu barədə azyaşlıların valideynləri sosial şəbəkədə məlumat yayıblar. Uşaqlardan biri - 1 yaş 9 aylıq Raulun anası Nuranə Cəfərovanın sözlərinə görə, oğlu Elnur Həsənov tərəfindən sentyabrın 15-də ürək qüsuruna görə əməliyyat edilib. Bir çox həkim əməliyyat riskini, uşağın sağ çıxmama ehtimalını əsas gətirərək əməliyyatdan imtina etsə də, E. Həsənov uşağı əməliyyata götürüb. Ana iddia edir ki, övladı bütün xəstəliklərə qalib gəlib: "Raulun ciyərləri xəstə deyildi, ölüm səbəbi kimi ciyərlərini dedilər. Mənim balama nə oldu, necə öldü? Hələ də məntiqli cavab tapa bilmirəm. Biz o xəstəxanada olduğumuz 17 gündə 4 uşaq eyni həkimin əməliyyatında vəfat etdi. Sanki xəstə uşaqların üstündə sınaq aparırdı. Uşaq üçün yeməklər aldırmışdılar. Vəfatından sonra yeməkləri də qaytarmışdılar. Baxırıq ki, yeməklər heç açılmayıb. Bəs bu 17 gündə uşağa nə veriblər? Bəlkə də heç nə verilməyib. Mənim uşağım bütün xəstəliklərə qalib gəlmişdi, əgər ona reanimasiyada yaxşı baxılsaydı, o ölməzdi”. 

Fotoda: Raul
 




Vəfat edən digər uşaq -1 yaşlı Səyyad Bayramov da E. Həsənov tərəfindən sentyabr ayında əməliyyat edilib və əməliyyatdan iki gün sonra vəfat edib. Valideynlərinin bildirdiyinə görə, onlar uşağı özəl klinikada əməliyyat etdirmək istəsələr də, həkim E. Həsənov onları körpənin əməliyyatdan sağ-salamat çıxacağına inandırıb. Azyaşlının atası Minar Bayramov iddia edir ki, uşaq əməliyyatdan çıxandan sonra yüksək temperaturu olub və nəfəs ala bilməyib, onların təkidi ilə reanimasiyaya aparılanda ölüb. Lakin körpənin ölüm xəbəri onlara 12 saat sonra verilib. Uşağın ölüm xəbərini eşidən babası da infarkt keçirərək vəfat edib.

Həmçinin ailə həkimin telefonunu söndürərək aradan çıxdığını, onunla əlaqə saxlamağın qeyri-mümkün olduğunu qeyd edib. Atanın sözlərinə görə, həkim əməliyyatın sığorta tərəfindən qarşılanmadığını deyərək onlardan 5300 manat məbləğində pul alıb. 

Fotoda: Səyyad Bayramov



"Qafqazinfo” hər iki ittihamla bağlı M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə sorğu ünvanlayıb. Mərkəzdən yalnız Səyyad Bayramovun ölümü ilə bağlı ailənin ittihamlarına cavab verilib. Bildirilib ki, xəstə Bayramlı Səyyad Minar oğlunun valideynləri 24.09.21 tarixində İcbari Tibbi Sığorta Agentliyinin göndərişi əsasında anadangəlmə ürək qüsuru diaqnozu ilə mərkəzə müraciət ediblər. Aparılan exokardioqrafik müayinədə xəstədə kor triatrium və mitral qapağın kombinə olunmuş qüsuru mitral darlıq I dərəcə, mitral çatmamazlıq III dərəcə, sol qulaqcıqda membrana, sol ürək boşluqlarında kəskin genişlənmə aşkar edilib. Elektrokardioqrafik müayinədə xəstədə "Volf-parkinson-Vayt” sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu) qeyd edilib: 

"Xəstənin valideynlərinə qüsurun mürəkkəbliyi və müalicəsinin yalnız cərrahi yolla olması barədə həmçinin əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmalar haqqında geniş məlumat verilib. Həmçinin valideynə xəstədə yanaşı qeyd olunan "Volf-parkinson-Vayt” sindromunun riskləri və törədə biləcəyi fəsadlar barədə ətraflı izahat verilib. Valideynlər əməliyyat və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmaları anladıqlarını bildirərək əməliyyata yazılı sürətdə razılıq veriblər. Bundan sonra xəstədə əməliyyat üçün zəruri olan müayinələr aparılıb. Müayinələrin nəticələrində əməliyyata əks göstəriş qeyd olunmayıb. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb, bioloji ölüm qeydə alınıb. 

Fotoda: Elnur Həsənov



Hazırda dünyada "Volf-Parkinson-Vayt” sindromuna görə baş verən qəfləti ölümlərin göstəricisi 30% civarındadır. Məhz bu xəstədə əməliyyatdan sonrakı dövrdə stabil hemodinamika fonunda həyatla bir araya sığmayan aritmiyanın yaranmasına "Volf-Parkinson-Vayt” sindromu səbəb olub. Buna baxmayaraq həkimlərimiz lazımı tədbirləri vaxtında həyata keçirərək ürək fəaliyyətini bərpa ediblər. Lakin sonrakı aritmiya zamanı bütün tədbirlərin aparılmasına baxmayaraq ürək fəaliyyəti bərpa olunmayıb. Valideynlərin həkimlər tərəfindən əməliyyat müqabilində hər hansı ödəniş istənməsi iddiası əsassızdır. Xəstənin əməliyyatı bir başa olaraq İTS agentliyinin hesabına icra edilib”.

Eyni həkimin əməliyyat etdiyi 1 yaş 9 aylıq Raulun ölümü ilə bağlı iddialara isə Elmi Cərrahiyyə Mərkəzi tərəfindən münasibət bildirilməyib. 

***

Mərkəzin rəhbəri Elnur Həsənov Raulun anasının iddialarına cavab olaraq Lent.az-a açıqlamasında bildirib ki, körpənin atası bir neçə dəfə əməliyyatla bağlı ona müraciət edib: "Onlara izah etmişdim ki, əməliyyat risklidir və bundan bir neçə dəfə imtina etmişdim. Uşaqla bağlı onu da deyim ki, körpə ana bətnində olanda bilinib ki, ürəyində qüsur var və daun sindromludur. Onlar bizə ilk dəfə müraciət edəndə bildirdim ki, körpə təxminən 3 aylıq olanda əməliyyat olunmalı idi və artıq gecdir. Atası çox adekvat insandır. Bunların hamısını nəzərə alaraq mənə bildirdi ki, əlimizdən gələni edək. Bunlar sənədləri imzaladılar. Dəfələrlə və dönə-dönə dedim ki, uşaq ölə bilər. Düzdür, şans çox az olsa da var idi. Mən demişdim ki, əməliyyatdan uğurlu çıxsa, hər şey yaxşı olsa uşaq gəzəcək”.

Həkimin sözlərinə görə, uşağın ağciyərində əvvəlcədən problem olub: "Ağciyər artireyasında yüksək hipertenziya var idi. Onun problemi olmasaydı, başqa xəstəxanada ağciyərindən müalicə almazdı. Bunların hamısı sənədlərdə var. Əməliyyatla bağlı bildirim ki, hər şey çox normal keçmişdi. Dinamika yaxşı idi və süni nəfəs aparatından da ayırmışdıq. Mən hər gün deyirdim ki, bir az dözək, yaxşılaşacaq. Sonradan isə uşaqda problemlər olmağa başladı və yenidən onu aparata qoşduq. Amma ciyərinə maye yığıldı və bu, ürək çatışmazlığının göstəricisi idi. Biz yenidən müalicəyə başladıq. Atasına da dedim ki, uşağın vəziyyəti pisləşir. Sona qədər əlimizdən gələni etdik, ancaq buna baxmayaraq körpə dünyasını dəyişdi”.
 
(Qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN əhaliyə müraciət etdi: “Sədərək” və “Binə” ticarət mərkəzləri...

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi...

Bakıda idmançının ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. ...

Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni AÇIQLAMA

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə son 10 gündə tutularaq istintaqa cəlb edilib....

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. O bild...

Məktəbdə halı pisləşib ölən şagirdlə bağlı təfərrüatlar MƏLUM OLDU

"Bu gün Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib və bundan sonra təcili tibbi yardıma zəng ol...

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib. Sfera.az-ın məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri ...