16 yaşlı gənc dərmandan zəhərləndi
Hadisə
11:51 / 24.07.2021
3394
Şabran rayonunda zəhərlənmə hadisəsi olub.
Sfera.az-ın məlumatına görə, Qorğan kənd sakini, 2005-ci il təvəllüdlü Abdulrəhman Şaiq oğlu Teymurov dərman zəhərlənməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.