158 milyon dollarlıq avtomobil idxalı... – Azərbaycana gətirilən maşınlarla bağlı maraqlı DETALLAR

158 milyon dollarlıq avtomobil idxalı... – Azərbaycana gətirilən maşınlarla bağlı maraqlı DETALLAR
Bu ilin birinci rübündə ölkəmizə 15 539 ədəd avtomobil idxal edilib. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal edilən avtomobillərin 14 219 ədədi minik, 1249 ədədi yük, 40 ədədi avtobus, 31 ədədi xüsusi təyinatlı nəqliyyat vasitəsidir. 

Azərbaycana birinci rübdə gətirilən avtomobillərin idxal dəyəri 158 milyon dollar olub. İdxal edilən bir avtomobilin orta idxal dəyəri isə 10 168 dollar təşkil edib. 
Gömrükdə minik avtomobillərinin idxalına 132,719 milyon dollar (orta hesabla bir ədədi 9 334 dollar) qiymət qoyulub. 

Minik avtomobillərinin 1831 ədədi hibrid avtomobilidir. Onların idxalı üçün 10,285 milyon dollar və ya bir ədədinə 5 617 dollar dəyər müəyyənləşdirilib. 

Birinci rübdə 17 ədəd elektrikli avtomobil də gətirilib ki, onlara ümumilikdə 722,11 min dollar, bir ədədinə isə orta hesabla 42,477 min dollar qiymət qoyulub. 

Yük avtomobillərinin bir ədədinin idxal dəyəri orta hesabla 13 549 dollar, avtobusların bir ədədinin dəyəri 109,94 min dollar, xüsusi təyinatlı nəqliyyat vasitələrinin dəyəri 127,7 min dollar təşkil edib.
 
Vasif
Sfera.az
 
 


OXŞAR XƏBƏRLƏR

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...