15 yaşlı qız qoca qarı kimi görünür - Təhqir olundu, məktəbi atdı - FOTO

15 yaşlı qız qoca qarı kimi görünür - Təhqir olundu, məktəbi atdı - FOTO

Çinin Lyaonin vilayətində yaşayan 15 yaşlı Syao Fen genetik sapıntı olan progeriya xəstəliyindən (Hatçinson-Gilford sindromu) əziyyət çəkir.

Sfera.az  Daily Mirror-a istinadən bildirir ki, xəstəlik Syao Fenə anasından keçib.

"Onu həkim yanına aparmamışıq, müayinə etdirməmişik. Anasında bu xəstəlik vardı və bilirdik ki, qızıma da xəstəlik anasından keçib", - Syaonun atası deyib.

Syaonun sözlərinə görə, qırışıq dəri və sallaq yanaqlar onu qoca qarıya bənzədir.

15 yaşlı Syao sinif yoldaşları tərəfindən lağlağılar və təhqirlərlə üzləşdiyi üçün məktəbə getmir: "Məktəbdə dostum, rəfiqəm yoxdur. Hamı mənə eybəcər deyir".

 

Syao yardım üçün xeyriyyəçi Qo Minyiyə üz tutub, məktub yazıb.

"Normal yaşamaq, küçəyə rahat çıxmaq, adamlardan gizlənmək istəmirəm. Məktəbə qayıtmaq və sinif yoldaşlarımın məni ələ salmayacaqlarına əmin olmaq istəyirəm. Həkim olmaq istəyirəm. Arzum budur", - Syao məktubda yazıb.

Minyi məktubu alandan sonra Syaonun xəstəliyinin müalicəsi üçün pul toplamağa başlayıb. Syao Fenin ehtiyac duyduğu bir sıra plastik cərrahiyyə əməliyyatları üçün 506 min yuan (təqribən 71801 ABŞ dolları) gərəkdir.(milli.az)


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...