“15 yaşımda evdən qaçdım, indi seks biznesində çalışıram...” – Aygün başına gələnləri danışdı

“15 yaşımda evdən qaçdım, indi seks biznesində çalışıram...” – Aygün başına gələnləri danışdı

"Pula ehtiyacım olduğu üçün hazırda seks biznesində işləyirəm. Evim var və azyaşlı oğlumun tələbatlarını bu yolla ödəməliyəm”.


Sfera.az-ın məlumatına görə, Bakıda fəaliyyət göstərən seks işçisi Aygün QHT-lərin kommersiya seks işçilərinə təqdim etdiyi xidmətlərdən istifadə edir və bundan razılıq edir.


"23 yaşındayam, dörd aylıq körpəm var. Mən uşaq olanda atam ailədən getdi, 8 yaşım olanda isə anam dünyadan köçdü. Bakının kənarında yaşayan qohumlarımın ailəsində böyüdüm. 14 yaşımda mənə erkən mərhələdə vərəm diaqnozu qoyuldu və qohumlarım məni dövlət uşaq evinə göndərdilər, orada vərəmdən üç aylıq müalicə kursu aldım. İndi sağlamlığımla bağlı hər şey qaydasındadır, amma vaxtaşırı həkim müayinəsindən keçirəm. 15 yaşımda evdən qaçdım. İndi pula ehtiyacım olduğu üçün seks biznesində işləyirəm. Evim var və azyaşlı oğlumun tələbatlarını ödəməliyəm. Başqa bir iş görə bilsəm, ideal olardı. Bu təşkilatın işçiləri mənə iş axtarmaqda kömək edir. Amma bu asan məsələ deyil, çünki düzələ biləcəyim iş yerlərinin çoxunda maaş çox aşağıdır”



QHT mənə necə kömək edir?


"Körpəm doğulandan az sonra bura gəlməyə başladım. Burda işləyən insanlar analara uşaqlara qulluq etməkdə kömək edir, psixoloji dəstək verir, doğuşdan sonrakı müayinələri, qan analizlərini və tibbi müayinələri pulsuz həyata keçirirlər (bütün bunlara görə ödəniş etməli olurdum), hüquqi xidmətlər göstərirlər. Konkret olaraq olaraq mənə məruz qaldığım cinsi təcavüz və atamı tapmağa çalışmağımla bağlı yardım edilir”.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...