15 erməni əsgəri mülki paltarda Laçın dəhlizinə gəldi – TUTULDULAR

15 erməni əsgəri mülki paltarda Laçın dəhlizinə gəldi – TUTULDULAR
Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisi əsir alınıblar. Onlar Laçın dəhlizindən keçərək Əsgəran rayonuna çatmaq üçün mülki paltar geyiniblər və bu minvalla guya "adi vətəndaş”lar olduqlarını göstərməyə çalışıblar.

Erməni bloqer Vardan Qukasyanın verdiyi məlumata görə, tutulan ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olublar. Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı "feyk” adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.

İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni "Laçın dəhlizi” 6 kilometr uzunluğundadır.

Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.

"Laçın dəhlizi” Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.

Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq "məcburiyyət”indən qurtulmalıdır.

Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.

Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub. Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir. Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.

Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir. 15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir.
 
Orxan Hun
Milli.Az
 

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...