No Image
No Image

“13 yaşlı Artur Rusiya vətəndaşıdır, Gəncəyə bibisigilə qonaq gəlibmiş” - Prezidentin köməkçisi

“13 yaşlı Artur Rusiya vətəndaşıdır, Gəncəyə bibisigilə qonaq gəlibmiş” - Prezidentin köməkçisi
"Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir".

Sfera.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

"17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin "SCUD" tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Mayakov Artur Vasilyeviç Gəncəyə bibisi gilə qonaq gəlmişdi.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaq. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib.

Hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.

Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq.

Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır".

OXŞAR XƏBƏRLƏR

Laçını tərk edən ermənilər oranı belə talan edirlər - FOTOLAR

Ermənilər Kəlbəcər rayonunu tərk edərkən etdikləri biabırçı əməlləri eynilə Laçında da təkrarlayırlar. Sfera.az xəbər verir ki, Laçın rayonunu tərk etməyə...

Bütün proqnozları düz çıxan ekstrasens koronavirusun bitəcəyi tarixi AÇIQLADI

Koronavirusun adını hələ heç kimin eşitmədiyi bir vaxtda bu virusun bütün dünyaya yayılacağını bilən öncəgörücü Nikolas Aujula bu dəfə COVİD-19-un bitmə tarixin...

Paytaxtın məşhur bazarı köçürülür - FOTO

Bakının məşhur "Təzə bazar"ı köçürülür. Sfera.az xəbər verir ki, "Təzə bazar"ın köçürüldüyü ərazi Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış...

Qarabağda yeni avtomobil yolu çəkiləcək - FOTOLAR

Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək. Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat ...

Azərbaycana ilk qar yağdı - FOTO

Noyabrın 12-si gecə saatlarından gecə saatlarından şimal bölgəsinə payızın ilk qarı yağıb. Sfera.az-ın məlumatına görə, Qusarın Urva kəndinə, Qubanın Qrız...

Azərbaycanda sutkalıq yoluxma azaldı - Rekord sayda ölüm qeydə alındı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1202  yeni yoluxma faktı qeydə alınıb,  998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera...