No Image
No Image

13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub

13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

ƏƏSMN-dən Sfera.az-a verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.

Belə ki, şəhid ailələrinin üzvləri olan 7 200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib. 1 210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

2 500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2 200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edilib. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”. Sfer...

Türk Şurası rəsmiləri Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının iştirakçıları aprelin...

Restoranda toy edənlər cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə...

Axunddan iftar məclisləri ilə bağlı – Çağırış

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin Axar.az-a müsahibəsi: - Qarşıdan müqqəd...

Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir -VİDEO

Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur. 1992-ci ildə Müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol ke...

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi

"Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi ra...