No Image
No Image

13 evdən 40 min manatdan çox oğurluq etdilər - FOTO

13 evdən 40 min manatdan çox oğurluq etdilər - FOTO
Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus  məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10.000 manatdan çox pul və 8.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Oğurladıqları qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, satışdan əldə etdikləri pulları öz aralarında bölüblər. Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı həmin şəxslər barəsində Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi - FOTOLAR

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarı...

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO

Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirl...

Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı - FOTO

Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. DİN-dən Sfera.az-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ...

“Albert Rıjiy” dəfn olundu - FOTO

Aprelin 12-də Rusiyada qətlə yetirilən azərbaycanlı "Qanuni oğru”, kriminal aləmdə "Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərov dəfn olunub. Sfera.az-ın...

Məhkəmə sədrini öldürən iş adamına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyevin cinayət işi üzrə məhkəmə ...

Kartof daşıyan maşından 213 kiloqram heroin tapıldı

Azərbaycan gömrükçüləri daha bir uğurlu əməliyyat nəticəsində 213 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə...