“125 deputatın sağ әli Elxan Mәmmәdovun başına”
Son günlər futbol üzrə Azərbaycan milli komandasının Avro-2020-də uğursuz çıxışı, 1 xal ilə qrupda qalması futbolsevərlərin qəzəbinə səbəb olub. Millinin məğlubiyyətlərinin səbəbini ən çox AFFA-nın baş katibi Elxan Məmmədovda görən şəxslər onu istefaya səsləyir.
Sfera.az xəbər verir ki, istefa çağırışları edənlərin sırasına meyxanaçı Kərim Abi də qoşulub. O, E. Məmmədovun istefasını Milli Məclisin buraxılması ilə əlaqələndirirək qeyd edib: "125 deputatın sağ әli Elxan Mәmmәdovun başına”.
Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. (yeni sabah)