12 yaşlı şahmatçı rekorda imza atdı

12 yaşlı şahmatçı rekorda imza atdı
ABŞ şahmatçısı 12 yaşlı Abhimanyu Mişra yeni rekorda imza atıb.

Sfera.az xəbər verir ki, istedadlı zəka ustası dünya şahmat tarixinin ən gənc qrossmeysteri adına sahib olub. ABŞ-ın Nyu-Cersi ştatından olan Hindistan əsilli şahmatçı Budapeştdə ardıcıl keçirilmiş turnirlərdə iştirak edərək üçüncü qrossmeyster normasını və qrossmeyster titulu üçün lazım olan ELO xallarını (2504) toplayıb. 2009-cu il fevralın 9-da anadan olan A.Mişra 12 yaş 4 ay 25 günündə bu rekorda sahib olmaqla rusiyalı Sergey Karyakini (12 yaş, 7 ay) geridə qoyub. S.Karyakinin bu göstəriciyə görə rekordu 19 il ərzində yenilənməmişdi.



OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...