12 yaşlı karateçi ermənilərə qalib gəlib qazandığı medalı qaziyə bağışladı - FOTO
15:39 / 20.01.2021
3127
12 yaşlı idmançı iki ermənini məğlub edərək qazandığı medalı Qarabağ qazisinə hədiyyə edib.
Sfera.az xəbər verir ki, karateçi Nəzrin Hacıyeva Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Qafqaz çempionatında qazandığı qızıl medalı Xocavənd uğrunda döyüşlərdə yaralanan hərbiçimiz Elmar Nəsirova bağışlayıb. Xanım idmançı medalı ona müalicə olunduğu hərbi hospitalda təqdim edib. Qazimiz karateçinin bu təşəbbüsünə görə ona minnətdarlığını bildirib.
(unikal.org)