“12 yaşımda anamın kim olduğunu öyrəndim” - VİDEO

“12 yaşımda anamın kim olduğunu öyrəndim” - VİDEO
Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, "ATV maqazin onlarla” proqramında yer alan "33 sual” rubrikasının qonağı olan aktrisa anası ilə bağlı etiraflar edib. O, aparıcı Ruslan Ağayevin "Necə olub ki, doğma ananızı 12 yaşında tanımısınız” sualına belə cavab verib:

"Atam anamdan ayrılmışdı. O, vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər. Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır.  O qədər gözəl idi ki, gözəlliyinə vurulmuşdum. İldə bir iki dəfə yanıma gəlirdi. Gələndə mənə yemək bişirirdi, paltarlar alırdı. Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, görəsən niyə bu qadına qarşı içimdə qəribə duyğu var? Elə bil anam olduğunu hiss edirdim. Ona qarşı içimdə həm sevgi, həm də nifrət var idi. Sual verirdi ki, məni çox istəyirsən? Deyirdim ki, yox. Sonra 12 yaşım olanda onun anam olduğunu dedilər.  Həyat elə gətirdi ki, anamın yanına getdim. Amma bibimi çox sevirəm. Çünki məni o, böyüdüb. Onu anam bilirdim. Hələ də bibimi unutmamışam”.

N. Allahverdiyeva daha sonra anasını bağışladığını bildirib:

"Amma içimdən bir hiss mənə sual verirdi ki, anam məni niyə atıb? O hiss məndən heç vaxt getmirdi. Bəzi insanlar var ki, övladlarını atırlar. Uşaqları necə? Nə cür? Hansı şəraitdə böyüyür bilmirlər. Sonra qocalanda gəlib deyirlər ki, sən mənim övladımsan. Analar var ki, görürəm uşaqlarını necə əzizləyirlər. Mən həmişə deyirəm ki, ana, ata məhəbbətinin həsrətini çəkmişəm. İnsanın xoşbəxtliyi onun uşaqlıq dövründən başlayır. Uşaq ikən ata, ana sevgisi görürsə, o, artıq xoşbətdir”.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...