118 ton kənd təsərrüfatı məhsulumuz Rusiyaya buraxılmayıb

118 ton kənd təsərrüfatı məhsulumuz Rusiyaya buraxılmayıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

Sfera.az report-a istinadən xəbər verir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir. 

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. "Rosselxoznadzor" nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib.


OXŞAR XƏBƏRLƏR